"Hərbi xidmətdə fərqlənməyə görə" medalıAzərbaycan Respublikasının medalı.[1]

Cəld faktlar "" medalı, 1-ci dərəcə ...
"Hərbi xidmətdə fərqlənməyə görə" medalı
"Hərbi xidmətdə fərqlənməyə görə" medalı
1-ci dərəcə
Thumb
Thumb
2-ci dərəcə
Thumb
Thumb
3-cü dərəcə
Thumb
Thumb

Ölkə Azərbaycan Azərbaycan
Tip medal, hərbi mükafat[d]
Kimə verilir

döyüş hazırlığındakı əla göstəricilərə görə;
təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fərqlənməyə görə;
şücaət, fədakarlıq və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə

görə
Təltif edir
Status təqdim olunur
Statistika
Təsis tarixi 17 may 2002
Ardıcıllıq
Yüksək mükafat "Hərbi xidmətlərə görə" medalı
Aşağı mükafat "Şücaətə görə" medalı
Bağla

"Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli medalın təsviri

"Hərbi xidmətdə fərqlənməyə görə" medalı üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz yerləşdirilmiş ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, dairəvi formalı və diametri 35 mm girdə lövhədən ibarətdir. Medalın ön tərəfində üst səthi hamar və guşələri qabarıq olan səkkizguşəli ulduzun fonunda açılmış qartal qanadları, çarpazlaşdırılmış tüfənglər və lövbər təsvir edilmişdir.

Ulduzun üst səthində, guşələrinin konturları ilə çevrənin konturları arasında relyefli şüalar vardır. İki tərəfdən konturlanmış çevrə boyunca yuxarıda "Hərbi xidmətdə fərqlənməyə görə" Medalın 3-cü dərəcəsi gümüşü rəngli, 2-ci dərəcəsi çevrə və onun üzərindəki sözlər istisna olmaqla — qızılı rəngli, 1-ci dərəcəsi — qızılı rəngli, qartal qanadları gümüşü, lövbər isə qara rəngdədir. Arxa tərəfi hamar səthidir.

Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı zeytun rəngli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Bütün dərəcəli medallar üçün xara lentin kənarlarında 1 mm enində qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur. Lentin ortasında medalın 1-ci dərəcəsi üçün eni 5 mm olan qızılı rəngli bir şaquli zolaq, 2-ci və 3-cü dərəcəsi üçünn eni 2 mm olan müvafiq olaraq iki və üç zolaq vardır. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.[2]

Təltif edilənlərin siyahısı

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.